Yazını böyüt
Yazını kiçilt
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində sonuncu görüşünə çıxıb.
Hafta.az xəbər verir ki, 37 yaşlı qrossmeysterimiz XIII turda ABŞ-dan olan Fabiano Karuana ilə üz-üzə gəlib.
Ağ fiqurlarla oynayan Məmmədyarov 13-cü gedişdə heç-heçəyə razılaşıb. Bu nəticədən sonra xallarını 8-ə çatdıran Azərbaycan təmsilçisi yarışı 2-ci pillədə başa vurub.
Məmmədyarov kimi 8 xal toplayan macarıstanlı şahmatçı Rixard Rapport 3-cü yeri tutub. Turnirin qalibi isə 9,5 xala malik norveçli dünya çempionu Maqnus Karlsen olub.